Sahibə Qafarova: Türkiyə ilə birgə layihələr regionda sülhə və sabitliyə xidmət edir
Azərbaycan-Türkiyə qardaşlığı yeni zirvələr fəth edəcək.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.
O vurğulayıb ki, Türkiyə bu gün qlobal miqyasda sülhə və sabitliyə töhfə verir:
"Türkiyənin hər bir nailiyyəti ilə fəxr edirik. Bu reallıq ortaq dəyərlərimizi əks etdirir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsində Türkiyənin mənəvi dəstəyi birliyimizi bütün dünyaya nümayiş etdirdi. İkitərəfli münasibətlər müttəfiqlik səviyyəsində də olduqca uğurludur. Bu münasibətlər ümumi rifaha xidmət edir. Reallaşdırılmış birgə layihələr regionda sülhə və sabitliyə xidmət edir".
Digər Xəbərlər
31 Oktyabr 2024 11:21
Prezident yeni təyin olunmuş səfirin etimadnaməsini qəbul edib - FOTOLAR
31 Oktyabr 2024 10:04İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu
31 Oktyabr 2024 09:10“Qərbin Gürcüstan planı fiaskoya uğradı"
30 Oktyabr 2024 22:22İspaniyadakı xəsarət alanlar arasında azərbaycanlı yoxdur - XİN rəsmisi
30 Oktyabr 2024 18:01