18 Aprel 2024 11:06
975
GÜNDƏM

Şahinyan: "Paşinyan görüşdə dedi ki, bu kəndlər veriləcək, verilməsə..."

Xəbər verdiyimiz kimi, dünən Ermənistan baş naziri Nikol Paşinyan Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərində olub. və  yerli əhali ilə görüşüb.


"Tavuşun Voskepar, Berkaber və Kirants kəndlərində olub, yerli sakinlərlə görüşüb və ziddiyyətli açıqlamalar verib. Baş nazir Paşinyan Tavuş camaatına alternativ yol çəkməyi təklif edib, eyni zamanda Azərbaycan tərəfinin də Ermənistana ərazi verməsi şərti ilə dörd kənd əvəzinə bir kəndi təhvil vermələrini təkid edib".

Bu sözləri  Kirants inzibati ərazi dairəsinin ( Çaykənd- 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen qoyulub, 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılıb) rəhbəri Kamo Şahinyan bildirib. O mmediaya açıqlamasında deyib ki, kəndin yerli sakinləri Nikol Paşinyanın açıqlamalarından narazıdırlar və indi bundan sonra nə edəcəklərini düşünürlər:

 “Biz müzakirə hələki edirik. Nikol Paşinyan bizə dedi ki, Xremlu (Xeyrimli) kəndini verəcək, vəssalam. İndi nə edəcəyimizi müzakirə edirik. Xremlu Azərbaycana verilməsə, sülh olmayacaq, vəziyyət çox pis olacaq. Torpaq türklərə məxsusdur onlara qalacaq . Paşinyanın dediklərinə necə qane ola biləcəyikmi, onu təsəvvür edə bilmirik”.

 Əntiqə Rəşid

Bu da Çaykənd kəndi - yəni ermənilərin erməniləşdirdiyi Kirants... gözləriniz gözəllik görsün...