Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu
Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.
Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb.
Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
27 Iyul 2024 13:12
Polis dələduzluğa görə axtarışda olan 9 nəfəri saxladı
27 Iyul 2024 13:01Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
27 Iyul 2024 10:59Meşəlik ərazidə çətənə yetişdirən Ucar sakini saxlanıldı
27 Iyul 2024 09:18İmişlidə 5 ədəd ov tüfəngi götürüldü
26 Iyul 2024 19:03