26 Iyul 2024 15:20
194
KRİMİNAL

Uşaq bıçaqla təhlükəli hərəkətlər etdi - Polis araşdırır - VİDEO

Azyaşlı oğlan soyuq silahla təhlükəli hərəkətlər edib.

Adalet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, təxminən 10-12 yaşlı uşaq əlindəki bıçağı bədəninin müxtəlif nahiyələrinə dirəyir.

Azyaşlı öz hərəkətlərini tam dərk etməsə də, onun videosunu çəkən şəxs hər halda, təhlükəni başa düşür.  

DİN-in mətbuat xidmətindən bildirilib ki, azyaşlının soyuq silahla təhlükəli hərəkətlər etdiyi əks olunan görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.