adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 00:00
85
DÜNYA
A- A+

Şarm əl-Şeyxə səyahət edənlərin nəzərinə! - Viza qiymətləri artır

Misir gələn aydan etibarən giriş vizalarının qiymətini artıracaq.

Adalet.az xəbər verir ki, bu barədə "Cairo 24" Səyahət Şirkətləri və Agentlikləri Palatasına istinadən məlumat yayıb.

Bu, tək girişli vizalara aiddir. Martın 1-dən etibarən rüsum əvvəlki 25 dollardan 30 dollara qədər artacaq. Çox girişli vizaların qiyməti isə dəyişməz olaraq - 60 dollar qalacaq.

Şarm əl-Şeyx hava limanına gələn və yalnız Sinay yarımadasında 15 gündən çox qalmağı planlaşdıran turistlər üçün giriş pulsuz olacaq.