Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, amerikalı diplomat Metyu Brayza maraqlı açıqlama ilə çıxış edib.
Adalet.az xəbər verir ki, Brayza ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin həm siyasətini, həm də şəxsi keyfiyyətlərini yüksək qiymətləndirdiyini bildirib.
Diplomatın sözlərinə görə, Trampın Əliyevə münasibəti sırf rəsmi çərçivə ilə məhdudlaşmır – burada şəxsi simpatiya amili də mühüm rol oynayır. O qeyd edib ki, Prezident Əliyevin Sülh Şurasına dəvət olunması Bakı ilə Vaşinqton arasında münasibətlərin daha da möhkəmlənməsinə əlavə impuls verə bilər.
Brayza vurğulayıb ki, Tramp Azərbaycanla strateji tərəfdaşlığı genişləndirmək niyyətindədir. ABŞ lideri Ermənistan–Azərbaycan sülh prosesinə töhfə verməklə Nobel Sülh Mükafatına namizəd olmaq perspektivini də nəzərdən keçirir.
Sabiq səfir həmçinin diqqətə çatdırıb ki, Tramp dəvət siyahısını şəxsən müəyyənləşdirib və diplomatik münasibətlərin olmadığı ölkələr – o cümlədən Şimali Koreya və İran istisna olmaqla, geniş dövlətlər dairəsini prosesə cəlb edib./Musavat.com
Digər Xəbərlər
22 Fevral 2026 15:31
Ukrayna nəşrində Xocalı soyqırımına dair məqalə dərc edildi
22 Fevral 2026 11:15
Prezident Səudiyyə Ərəbistanı Kralını TƏBRİK ETDİ
21 Fevral 2026 23:41
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışdı - YENİLƏNİB
21 Fevral 2026 12:40
Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib
21 Fevral 2026 11:44
“Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir...”
21 Fevral 2026 11:35
“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın?”
20 Fevral 2026 19:35
Ağ Ev günün fotosunu paylaşıb bunları yazdı - FOTO
20 Fevral 2026 19:11


Bakı -°C

