Səbail rayonunda narkokuryer saxlanıldı: 10 kq marixuana aşkarlandı

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Elnur Məmmədov saxlanılıb.
Adalet.az xəbər verir ki, onun avtomobilindən 10 kiloqram 45 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Biləcəridə 3 nəfər, Nəsimidə isə keçmiş məhkum saxlanıldı

Ağır cinayətlərdə ittiham olunan Mayank Sinqhi Hindistana təhvil verildi

"TikTok"da dələduzluq edən qadın saxlanıldı

Astarada DƏHŞƏT: Oğul anasını öldürdü

Polis əməliyyat keçirdi - Külli miqdarda narkotik vasitə götürüldü

Polis Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarladı

Bakıda ailə faciəsi - Ər arvadını öldürdü, özünü asdı
