Səbinə Əliyeva Quranın yandırılması ilə bağlı isveçli həmkarına məktub ünvanladı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs Quranın yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb.
Bu barədə Adalet.az-a Ombudsman Aparatından bildirilib.
Verilən xəbərə görə, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və İslamofobiya ilə mübarizənin arzuolunan səviyyədə olmadığını göstərdiyini bildirib.
Məktubda İslam dininə bu cür hörmətsizliyə qarşı İsveç polisinin etinasız münasibətinin qəbul edilməz olduğu qeyd olunub. Eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş vicdan və din azadlığı hüququnun təmini və müdafiəsi sahəsində dövlətlərin öhdəlik daşıdığı vurğulanıb.
Yekunda Azərbaycan Ombudsmanı bu kimi hadisələrin gələcəkdə təkrarlanmaması və dini nifaq yaradan əməllər törədən şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi üçün İsveçin Bərabərlik üzrə Ombudsmanı tərəfindən lazımi addımların atılacağına ümidvar olduğunu qeyd edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 23:33
"Xalqımız təhsilli olarsa, bu ideoloji təxribatlara uymayacaq" - Prezident
02 Oktyabr 2026 23:03
"Gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” - VİDEO
02 Oktyabr 2026 22:17
“Son gülləyə qədər pulla almışıq, 1 manat güzəşt etməyiblər” - VİDEO
02 Oktyabr 2026 18:53
"Nə almışıqsa, pulla almışıq" - İlham Əliyev
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20


Bakı -°C

