adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 May 2023 11:00
1150
MÜSAHİBƏ

Səbuhi Rəhimli: ““Saros dövründə 28 ay tutulması" sirri hələ də elmə məlum deyil"

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 19:14:08-də ilin ilk ay tutulması baş verəcək.

Adalet.az -ın hadisə ilə bağlı suallarına tanınmış astroloq Səbuhi Rəhimli cavab verəcək.

-Səbuhi bəy, hər il olduğu kimi bu il də ay tutulması hadisəsi marağa səbəb olub.

-Nəinki, Azərbaycanda elə dünyanın hər yerində insanlar Ay və Günəş tutulmalarını, ümumilikdə bütün astronomik hadisələri qədimdən indiyə qədər maraqla izləyib. Tutulmalar 6 aydan bir olur. Atmosferdə və göy sferasında planetlər hərəkətdə ay müəyyən qədər günəşlə yerin arasına girir, kölgə salır. Ya da,  əksinə, yer ayla günəşin arasına girib kölgə salmağa başlayır. Bütün bunlar sadəcə adi bir astronomik trayektoriyadı. Bu da bir təbiət hadisəsidir.

- Yanılmıramsa, bu ilin ilk ay yutulmasıdır...?

-Hələ ötən ilin dekabrında mənə məxsus olan “Sebuhi Rehimli MEDIA” İnternetTV kanalda ay tutulması ilə bağlı açıqlamayaymışdım. Qeyd edim ki, bu axşam izləyəcəyiniz ay tutulması yarımkölgəli Ay tutulması olacaq.

-Ay tutulması bizim ölkəmizdə hansı dəqiqədən başlayaraq müşahidə olunacaq?

- Əslində yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir. Amma tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Ay tutulması 4 saat 17 dəqiqə davam edəcək.

-Bu ilk ay tutulmasıdırsa, demək növbəti dəfə də ay tutulması olacaq?

-Bu il 2 dəfə ay tutulması baş verəcək. Bir yuxarıda qeyd etdiyimiz kimi bu gün , bir də 6 aydan sonra , daha dəqiq 28 oktyabrda baş verəcək. Amma bu qismən Ay tutulmasıdır və bu proses də Azərbaycandan müşahidə edilə biləcək..

-Sizin kanalda dinlədim, dediniz ki, günəş tutulması da olacaq...

-Ənənəvi olaraq, İldə 2 dəfə ay, 2 dəfə də günəş tutulması olur. Aprelin 20-də artıq ilin ilk Günəş tutulması baş verdi.Təəssüf ki , Azərbaycan ərazisindən onu müşahidə etmək mümkün olmadı. 2-ci Günəş tutulması oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulma halqavari Günəş tutulmasıdır.

- Bayaq “Saros dövrü” deyə bir söz dediniz. Nədir “Saros dövrü”, ay tutulması ilə nə əlaqəsi var?

- Bilirsiniz, hələ lap qədim zamanlarda təbiət hadisələri insanlarda həm marağa , həm də təlaş və həyəcanlara səbəb olurdu. Antik dövrlərdə elm, astronomiya inkişaf etmədiyi üçün məsələyə rahiblər, münnəcimlər qarışıb. Başlayıblar Günəş və Ay tutulmalarını qeydə almağa, qeydlərdən sonra isə rəqəmlər arasında dövrü hesablayıblar. Sonda məlum olub ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6.585 sutkanı) əhatə edir. Elm inkişaf edəndən, astranomiya meydana gələndən sonra dəqiqliklə qeyd edilmiş həmin dövr “saros dövrü” olaraq qəbul edilmişdi. Astranomiya elminin biliciləri, alimləri qəti əmin oldu ki, hər "Saros dövrü”ndə dəqiqliklə 71 astronomik hadisə baş verir. Onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Elm nə qədər inkişaf etsə də adıgedən dövrün niyə məhz 71 astronomik hadisə baş verir. 

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Əntiqə Rəşid