02 Sentyabr 2024 09:45
69
SİYASƏT

Seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb - Leonid Anfimov

"Ümumilikdə seçkilərin uğurlu keçirilməsi üçün 40 minə yaxın əməkdaş xüsusi təlimlərdə iştirak edib".

Adalet.az xəbər verir ki, bunu, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Leonid Anfimov mətbuat konfransında bildirib.

O bildirib ki, missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında seçkilərin açıq şəkildə keçirilməsini müşahidə ediblər və missiyanın rəyinə əsasən seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb.