02 Sentyabr 2024 11:48
119
GÜNDƏM

2 sentyabrın tarixindəki  dəhşətli zəlzələlər -Siyahıda Oğuz rayonu da var

Bu gün səhər Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinə istinadən yerli media bildirib ki, ölkəsində zəlzələ baş verib.

Beləki, Kafkaz Uzel xəbər verir ki, Kamçatkada 4,7 bal gücündə zəlzələ qeydə alınıb:
“Zəlzələnin maqnitudası 42 kilometr dərinlikdə olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 117 km aralıda olub”.
Məlumat da o da bildirilir ki, dağıntı və tələfat yoxdur.
Eyni zamanda qonşu ölkənin nüfuzlu mediası TASS onu da bildirib ki,  dünyanın ən çox zəlzələ və vulkanik fəaliyyətinin baş verdiyi "Sakit Okean Odlu qövsü"ndə yerləşən Yeni Qvineya adasında da  zəlzələ olub. Adanın Papua-Yeni Qvineya Müstəqil Dövlətində 6,4 bal gücündə baş verən zəlzələdə də insan itkisi qeydə alınmayıb . Amma zəlzələ Bismark arxipelaqında, Solomon adalarında , Buka adasında , D’Antrkasto adasında hiss edilib.

Maraqlıdır, görəsən, tarixin 2 sentyabrında daha hansı ölkələrdə, şəhərlərdə zəlzələ və digər təbii fəlakətlər baş verib?


İnternet üzərindən axtarışlarımızın nəticəsi olaraq məlum oldu ki, Azərbaycanda 2 sentyabrda 7 bal gücündə zəlzələ baş verib. 1953-cü ildə Oğuzda baş verən bu zəlzələ ən çox Oğuz şəhərində Muxas və Cumat kəndlərində hiss edilmişdir. Şahidlərin bildirdiyinə görə, əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlib. Bəzi yerlərdə divarlar bir-birindən aralanıb, pəncərə və qapıların üstləri uçub. Çiy kərpicdən tikilmiş yerli tipli binalara daha çox ziyan dəyib.   Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur. 10 gün müddətində müxtəlif ballı zəlzələlər dayanmayıb. İnsan itkisi olmadığı da məlumatda yer alır.

Amma  2 sentyabr 1968 İranda baş verən zəlzələ nəticəsində 11 min nəfər ölüb .Dağıntılar çox olması ölmüş insan sayını artırıb.. Zəlzələdən başqa torpaqsürüşməsi də 2 sentyabr tarixinə yazılıb  İsveçrənin Qoldau kəndini torpaq sürüşməsi dağıdıb , 457 nəfər ölüb.
2 sentyabr tarixinə ölümcül qasırğa da həkk edilib. 1935-ci ilin 2 sentyabr tarixində ABŞ-ın Florida ştatında öz təsirini göstərən qasırğada 423 nəfər həlak olub.

 Qeyd edək ki,  2 sentyabr tarixinin ən  önəmli tərəfi odur ki, II Dünya Müharibəsi  1945-ci ilin məhz bu günü bitib. Minlərlə, zəlzələ, qasırğa  baş versə belə  10 milyonlarla insanın ölümünə səbəb olan, döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetən, 25 milyona yaxın dinc əhalinin həyatına son qoyan müharibənin bitmə tarixi qədər dərin iz buraxa bilməz 

 Əntiqə Rəşid