Seçkilərlə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
Adalet.az xəbər verir ki, qurumlararası əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.
Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.
Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
Digər Xəbərlər
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15


Bakı -°C

