adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 12:22
66
İDMAN
A- A+

"Şəfa" heyətini gücləndirdi

"Şəfa" klubu 4 gənc futbolçunu heyətinə cəlb edib.

Bu barədə Adalet.az-a klubdan bildirilib.

Bakı təmsilçisi 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla anlaşma əldə edib.

Qeyd edək ki, A.Əlizadə, E.Babazadə və E.Məmmədovla müqavilənin müddəti 2, N.Abdıyevlə isə 1 illikdir.