adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 21:50
111
İDMAN
A- A+

"Sabah" darmadağınla pley-off mərhələsində - YENİLƏNİB

"Sabah" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.

İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

*** 21:09

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Sabah" və “Orxus” (Danimarka) komandaları arasında cavab oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən qarşılaşmanın ilk yarısından sonra hesab açılmayıb - 0:0.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilmiş ilk görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-off-unda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

*** 20:02

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Sabah" və “Orxus” (Danimarka) komandaları arasında cavab oyunu başlayıb.

Adalet.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilmiş ilk görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-off-unda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

*** 19:02

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda üz-üzə gələcək "Sabah" və “Orxus” (Danimarka) komandalarının start heyətləri açıqlanıb.

Adalet.az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 99. Orfe Mbina;

Baş məşqçi: Valdas Dambrauskas.

"Orxus": 1. Yesper Hansen, 19. Erik Kal, 25. Kolin Rosler, 26. Yakob Andersen, 11. Gift Links, 29. Rasmus Karstensen, 4. Maqnus Knudsen, 10. Kristian Arnstad, 16. Yens Yonsson, 28. Ceyms Boqere, 31. Tobias Bek;

Baş məşqçi: Yakop Poulsen.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma “Orxus”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.