adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 23:06
84
MƏMLƏKƏT
A- A+

Ordubadda su elektrik stansiyası tikiləcək

"Artıq bizə bir çox yerlərdən belə təkliflər daxil olur. Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir".

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

"Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər.

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra suvarma ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı", - deyə dövlət başçısı qeyd edib.