"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev
"Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir".
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
"Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.
Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir", - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
21 Sentyabr 2026 12:38
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:19
"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
21 Sentyabr 2026 12:17
"Tramp Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan L.Qrem qanun təsdiq etdi"
21 Sentyabr 2026 11:25
"Nə TƏBİB-dən, nə də icbari tibbi sığortadan müsbət cavab ala bilmirik" - Deputat
21 Sentyabr 2026 11:04
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır" - Səyyad Aran
21 Sentyabr 2026 10:49


Bakı -°C

