adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 11:20
72
İDMAN
A- A+

Messi "İnter Mayami"dən ayrıldı? – Qərarını verdi

Argentina millisinin və "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi atasının vəfatından sonra klubun oyunlarında iştirakını qeyri-müəyyən müddətə dayandırıb.

Adalet.az xəbər verir ki, bu barədə "Doble Amarilla" məlumat yayıb.

Bildirilib ki, Messi hələ ABŞ-a qayıtmayıb və bu müddətdə ailəsinin yanında qalmaq qərarına gəlib. Klub da futbolçuya qeyri-müəyyən müddətə icazə verib və onun komandaya nə vaxt dönəcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

Messi artıq Liqa Kubokunun qrup mərhələsində Meksikanın "Monterrey" klubuna qarşı keçirilən qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi avqustun 7-də 68 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.