DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
DİN vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur.
Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.
Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin".
Digər Xəbərlər
11 Avqust 2026 12:22
Hava ilə bağlı son məlumat açıqlandı
11 Avqust 2026 12:09
Rəşid Mahmudov efirlərdən niyə yoxa çıxıb? - Özü açıqladı
11 Avqust 2026 10:38
Bakıda radarlarla bağlı yenilik: Sürücülərə xəbərdarlıq
11 Avqust 2026 09:30
DYP sürücülərə müraciət etdi
11 Avqust 2026 09:20
5 rayon və Bakının iki rayonunda işıq kəsiləcək
10 Avqust 2026 16:24
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
10 Avqust 2026 15:38
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
10 Avqust 2026 14:30


Bakı -°C

