Rəşid Mahmudov efirlərdən niyə yoxa çıxıb? - Özü açıqladı
Tibb elmləri namizədi, fizioloq Rəşid Mahmudov sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Onun efirlərə çıxışına qadağa qoyulduğu iddia olunur.
Doğrudan da R.Mahmudov uzun müddətdir ki, nə onlayn mediaya, nə TV-radio proqramlara, nə də "YouTube" layihələrinə müsahibə verir. Hətta reklam çarxlarında da bu sima görünmür.
R.Mahmudovun gündəm yaratmış son müsahibəsində Elza Seyidcahanın ünvanına xoş olmayan sözlər deyilmişdi. O, Əməkdar artistdə "şizofreniya əlamətləri"nin olduğunu bildirmişdi. Bundan sonra tanınmış fizioloqun müğənni ilə ağız davasına çıxacağı gözlənilsə də, gözləntinin əksinə olaraq, cınqırı da çıxmadı.
Bəs Rəşid Mahmudov haradadır?
Milli.Az xəbər verir ki, "Yeni Sabah"a danışan fizoloqun sözlərinə görə, ona heç kəs efir qadağası qoymayıb:
"Kim qadağan edə bilər mənə bunu? Elə şey yoxdur. Hər gün gəlib çəkiliş edirlər. Siz bir yerdə işləyirsiniz, mən isə iki yerdə işləyirəm. Ona görə də efirlərdə çox görünmürəm. Hazırda da məzuniyyətdəyəm. Bir aydır ki, rayondayam. Hələ bir ay da qalacam. Kim yazırsa ki, mənə efirə çıxmağı və reklamlarda çəkilməyi qadağan edilər, qələt edirlər, başlarını daşa döyürlər".
Xatırladaq ki, R.Mahmudov sonuncu dəfə 2025-ci ildə müsahibə verib.
Digər Xəbərlər
11 Avqust 2026 12:36
DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
11 Avqust 2026 12:22
Hava ilə bağlı son məlumat açıqlandı
11 Avqust 2026 10:38
Bakıda radarlarla bağlı yenilik: Sürücülərə xəbərdarlıq
11 Avqust 2026 09:30
DYP sürücülərə müraciət etdi
11 Avqust 2026 09:20
5 rayon və Bakının iki rayonunda işıq kəsiləcək
10 Avqust 2026 16:24
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
10 Avqust 2026 15:38
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
10 Avqust 2026 14:30


Bakı -°C

