adalet.az header logo
  • Bakı -°C
12 Avqust 2026 11:23
82
İDMAN
A- A+

PSJ "Aston Villa" ilə qarşılaşacaq - UEFA Superkuboku

Bu gün Avropada futbol mövsümünün ilk böyük titulu uğrunda həlledici qarşılaşma baş tutacaq.

Adalet.az xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi "Aston Villa" Superkubok matçında üz-üzə gələcək.

Hər iki komanda mövsümün ilk avrokubok kubokunu qazanmaq və yeni futbol mövsümünə titul ilə başlamaq üçün mübarizə aparacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matça Avstriyanın Zalsburq şəhərində yerləşən "Red Bull Arena" ev sahibliyi edəcək.

12 avqust

UEFA Superkuboku

PSJ - "Aston Villa"

23:00

"Red Bull Arena", Zalsburq

Görüşün qalibi yeni mövsümdə Avropada ilk böyük klub tituluna sahib olacaq.