Səfərbərlik Xidmətinin bu idarələrində yoxlama aparıldı - 3 əməkdaş işdən çıxarıldı
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Adalet.az xəbər verir ki, cari ilin noyabr ayında Xidmətin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
Digər Xəbərlər
27 Noyabr 2025 16:23
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkənlər üzr istədilər
27 Noyabr 2025 12:52
Səhiyyə naziri I Beynəlxalq elmi-praktik konfransda çıxış edib - FOTOLAR
27 Noyabr 2025 11:17
Ombudsman BMT-də mina problemindən danışıb - FOTO
27 Noyabr 2025 11:06
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
27 Noyabr 2025 10:55
Pensiyalara ayrılan vəsaitlərdə artım gələn il davam edəcək - RƏSMİ
27 Noyabr 2025 10:54
“Dinimizi mövhumat quyusundan çıxarıb olduğu kimi camaata təqdim etmək istəyirik...”
27 Noyabr 2025 10:12
Əziz Orucov azadlığa çıxdı - FOTO
27 Noyabr 2025 09:22


Bakı -°C

