Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.
Adalet.az xəbər verir ki, 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər.
Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Müvafiq sərəncamla 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Digər Xəbərlər

Arzu və Leyla Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkdilər - FOTOLAR

Çaylarda sululuq artıb

Sabah 30° isti olacaq

Bakı şəhər prokurorluğunun yeni korpusunun açılışı oldu - FOTOLAR

Şuşa şəhəri: Gündüzdən gecəyə... - VİDEO

Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət etdi - VİDEO

Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - 16 nəfər müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
