Şəhid ailəsi sayılan şəxslərin siyahısının genişləndirilməsi təklif edilir

Şəhid ailələrinin qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Lakin bununla bağlı təcrübədə yaranan bəzi çətinliklər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır.
Adalet.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.4-cü bəndinə əsasən, şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailəsinin üzvü hesab edilirlər.
“Şəhidin həmin Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ailə üzvlərinin olmaması halında uşaq evlərində olmasından asılı olmayaraq bacı və qardaşlarının da şəhid ailəsinin üzvü hesab edilməsi həmin şəxslərin müvafiq güzəşt və imtiyazlardan bərabər şərtlərlə istifadə etməsinə şərait yaradacaq”, - məruzədə qeyd edilib.
Digər Xəbərlər

Ramazanın dördüncü günü: iftar və imsak vaxtları

Bakının bu yollarında tıxacdır - SİYAHI

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlandı

Şahin Babayev kimdir? - DOSYE

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr əvəzi təyin edildi

Dövlət sərhədini pоzan 22 əcnəbi saxlanıldı

Azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib
