Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-də Ümumdünya Səhiyyə Assambleyasının 77-cı sessiyasının açılış mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, builki Səhiyyə Assambleyasının mövzusu “Bütün səylər sağlamlıq naminə, hər kəs üçün sağlamlıq”dır.
Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
77-ci sessiya çərçivəsində Ümumdünya Səhiyyə Assambleyası 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunması tədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.
ÜST-nin əsas illik forumuna dəvət olunan 194 dövlətin nümayəndələrinin diqqəti həmçinin pandemiyanın qarşısının alınmasına dair Saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası iyunun 1-də yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən ali qərar qəbuledici orqanıdır.
Digər Xəbərlər
12 Aprel 2026 15:45
Sənədsiz evlərə su verilməyəcək - Rəsmi
12 Aprel 2026 13:51
Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi
12 Aprel 2026 10:12
FHN-dən əhaliyə müraciət
12 Aprel 2026 09:10
Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə paylaşım
11 Aprel 2026 10:52
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin 33,6 faizi təhlükəsizlik kəmərini bağlamayanlar olub
11 Aprel 2026 10:34
Hərbçilərimizin də iştirak etdiyi “Anatolian Phoenix - 2026” təlimi davam edir - VİDEO
11 Aprel 2026 10:29
Yasamalda avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO
11 Aprel 2026 09:49


Bakı -°C

