Səidə Haqverdiyeva Rəşad Əhmədzadədən boşanır
Rejissor Səidə Haqverdiyeva Kukla Teatrının direktoru, həyat yoldaşı Rəşad Əhmədzadədən boşanır.
Adalet.az xəbər verir ki, o, bu haqda sosial mediada yazıb:
“Bu gün uzun götür-qoydan sonra bəlkə də radikal görünən bir addım atdım: Rəşad Əhmədzadə ilə yollarımı ayırıram və boşanmaq üçün müraciət etmişəm.
Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.
Rəşad Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da, seçimimə hörmətlə yanaşdı. Mənə və ailəmə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar paylaşacam. Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”.
Digər Xəbərlər
05 Dekabr 2025 14:37
"Təranə yaya qədər azadlığa çıxacaq" - Rəqsanə
04 Dekabr 2025 12:26
Mənzurə: “İnsan gərək vicdanla pul qazansın, amma onlar…”
04 Dekabr 2025 11:36
Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı
02 Dekabr 2025 12:47
Aktrisa: “Onlara zaman ayıra bilmirəm”
02 Dekabr 2025 12:18
Təranə Qumral: “ Evində nizam- intizam yarada bilməyənlər…”
02 Dekabr 2025 11:15
"Uzak Şehir"in aktrisası ölümlə təhdid edilir
01 Dekabr 2025 15:58
Əməkdar artist: “… bu halda xəyanəti bağışlayardım”
01 Dekabr 2025 12:45


Bakı -°C

