26 Iyun 2024 09:51
301
KRİMİNAL

Şəmkirdə narkotik yetişdirən şəxs saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Aydın Əzimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, şübhəli şəxsin Qaracəmirli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə  yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir