Dünənki qətlə görə saxlanılan şübhəli şəxs hərbçidir
Dünən axşam paytaxtın Nərimanov rayonunda güllələnərək qətlə yetirilən Tural Kosayevlə hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyev həmkəndli olublar.
Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.
Bildirilib ki, polis tərəfindən saxlanılan İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl belindən silahı çıxararaq Turala atəş açıb.
Fotoda: Tural Kosayev
Digər Xəbərlər
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58


Bakı -°C

