Şəmkirdə yük avtomobili dərəyə aşdı: Ölənlər var

Şəmkirdə ölümlı nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Bildirilir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qapanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:11 "Ölüm var, Allah rəhmət eləsin, dahilər də ölür" - Qəza törədən "Range Rover" sürücüsü - VİDEO
27 Oktyabr 2025 08:48 Dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi - VİDEO
27 Oktyabr 2025 08:41 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 İL ÖTÜR
25 Oktyabr 2025 12:13 

Bakı -°C 










