Sənədsiz ev sahiblərinə şad xəbər: 15 gün vaxt veriləcək
"Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək:
"Yəni, əgər vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günü ərzində dəqiqləşdirmə aparılır. Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasında o ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görsənirsə, o zaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğu göndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiq olunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq. Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".
Digər Xəbərlər
24 Oktyabr 2026 11:05
Bəzi yerlərə güclü yağış, qar yağıb - Faktiki hava
23 Oktyabr 2026 23:34
Zəngəzur parkında Qafqaz bəbiri üç balası ilə - VİDEO
23 Oktyabr 2026 19:13
14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - Nöqsanlar tapıldı
23 Oktyabr 2026 11:10
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22 Oktyabr 2026 12:21
Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi
22 Oktyabr 2026 11:42
Payız niyə yaz kimi keçir?
22 Oktyabr 2026 00:00
Alyona Əliyeva ukraynalı uşaqlarla İçərişəhəri gəzdi - FOTOLAR
21 Oktyabr 2026 12:42


Bakı -°C

