“Sənətlə əlaqəsi olmayan insanlar bəzi əsərləri əxlaqsızlıq kimi görür”- MÜSAHİBƏ
Həmsöhbətimiz rəssam Aynur Govasarydir.
-Rəngə toxunmaq necə bir hisdir?
- Qarışıq. İçində olduğun haldan da asılıdır. Sevinc, kədər, ehtiras hamısı buna təsir edir. Rənglər umumən insanın daxili dünyasından xəbər verir.
“İstedad olmasa, təhsil də, zəhmət də boşunadır”
-Zəhmət, istedad,təhsil. Bir rəssam üçün bunları necə sıralayardınız. Hər birinin önəmi hansı dərəcədədir?
-Hər biri vacibdi və bir birinə bağlı zəncir halqalarıdı. Ən əsas ortadakı halqa isə istedaddır. O olmasa, təhsil də, zəhmət də boşunadır..
-Adətən yaradıcı adamların təxəyyülü, xəyal dünyası cəmiyyətdən daha irəli gedir. Bu bəzi hallarda yaradıcılığa da sirayət edir ki, bu nümunələr əxlaqsızlıq ittihamına qədər əks arqumentlərlə rastlaşa bilər. Belə nümunələriniz varmı?
- Əlbəttə, elədir. Bizim cəmiyyətlə sənət arasında böyük uçurum var deyərdim. Sənətlə əlaqəsi olmayan insanlar, bəzi əsərləri əxlaqsızlıq nümunəsi kimi görə bilir. Və sadəcə dəhşət. Mən nədənsə çəkinmirəm.
-Realizmdən uzaq yaradıcılıq nümunələri onu yaradan müəllifi belə yaradıcılığındakı nümunəyə aludə edir. Bu da şəxsi həyatda və.s onun adaptasiya olunmasına problem yaradır. Belə misallar çoxdur incəsənət dünyasında. Sizdə necədir?
-Məsələ burdadır ki, biz həyatımızı şəxsi həyat və iş həyatı olaraq ayıra bilmirik. Bizim həyatımızın hər hissəsi sənətimizdi. Hiss edirəm ki, artıq bu cavab hər şeyi açıqdı.

-Hiss etdiyiniz qədər şərq cəmiyyəti daha çox hər sahədə klassizmə meyllidir, nəinki müasir, avanqard yaradıcılığa.
-Günümüzdə incəsənətin sərhədləri o qədər genişlənib ki, bunu cəmiyyətə aid eləmək olmur. Bu artıq fərdiləşib.
-Sırf rəssamlıqla bizim cəmiyyətdə dolanmaq nə qədər realdır? Məsələn, şairçün şeirləriylə yaşamaq fantastika olardı.
- Əlbəttə ki, dolanmaq olur. Təbii ki, əl əməyinin hər yerdə bir qarşılığı var. Şairlərin nə qədər qazandığı barədə bir fikrim yoxdu, amma həqiqətən istedadın var və bunu yeniliyə tərəf edirsənsə, qazana bilirsən.
-Hər dəfə sərgi keçirməyinizi soruşanda xaricdə keçirəcəyinizi deyirsiniz. Azərbaycanda bunu həyata keçirməkçün nə mane olur?
-Söhbət fərdi sərgidən gedir. Maneə yoxdur, sadəcə maraqlar fərqli olur, mənim marağım da bura yönəlib.
Söhbətləşdi: Emin Piri
Digər Xəbərlər
16 Sentyabr 2026 18:48
Qulu AĞSƏS: “ADAM VAR, YATANDA UÇUR, ADAM DA VAR, UÇANDA YATIR”
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28


Bakı -°C

