
Bir nəfər çayda çimmək istəyirmiş. Ayağın suya salır çıxarır amma çaya girməyə ürək eləmir ,batmaqdan qorxur. Görür körpünün üstündə alkaş oturub, ondan soruşur ay qardaş suda batmaram ki? Alkaş bir bunun ayağına baxır, başına baxır xeyli sonra deyir ki, yox, qorxma batmazsan. Su dərin deyil..
Kişi suya girir, bir az dərinliyə tərəf üzəndə baxır ki, pis yerə gəlib çıxır, artıq batır ! Elə boğula-boğula ordan qışqırır: Ə dəyyus bəs deyirdin su dərin deyil, batmazsan?
Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.
İndi ermənilərin ürəyindən Azərbaycanın bir parçası olan Qarabağa yenidən yiyələnmək keçir. Fransa, İran , Rusiya, Hindistan kimi ürək qızdırdıqlarından məsləhət alıb. Onlar da bu xəstə təxəyyüllü məxluqu inandırıblar ki, gir döyüşə Qarabağ sənindi . Hazırda o alkaşın sözü ilə çaya çimməyə girən kişi ilə, Fransanın, Rusiyanın, İranın, Hindistanın dəstəyi, məsləhəti ilə döyüşə girən erməninin arasında heç bir fərq yoxdu.
Bir dənə qalıb ermənilərin bağırması ki, "ay dəyyuslar, hardasınız?"
Yazarın digər yazarlar
jpg-1741695221.jpg)
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
jpg-1740669912.jpg)
500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1729080582.jpg)
Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır
jpg-1727180949.jpg)