Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başladı
İşğaldan azad edilmiş ərazilərdə qadın sahibkarlığının inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan ilk qadın kooperativi – "Çiçək" İstehsal-İstehlak Qadın Kooperativi Zəngilan rayonunun Ağalı kəndində keçirilən təqdimat mərasimi ilə fəaliyyətə başlayıb.
Tədbir Azərbaycan Kənd Qadınları Assosiasiyasının həyata keçirdiyi "Aqrosahibkar Qadınlarla İş" layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
Mərasimdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, kənd təsərrüfatı mütəxəssisləri, Beyləqan və Füzuli rayonlarında fəaliyyət göstərən Qadln Qruplarının nümayəndələri, sahibkarlar və Ağalı kəndinin sakinləri iştirak ediblər.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qadın kooperativlərinin yaradılması yalnız yeni biznes subyektinin formalaşdırılması deyil, eyni zamanda bölgənin sosial-iqtisadi dirçəlişinə və qadınların iqtisadi fəallığının artırılmasına xidmət edən strateji təşəbbüsdür.
O qeyd edib: "Biz qadınlara hazır vəsait deyil, dayanıqlı inkişaf imkanı təqdim edirik. Kooperativ modeli qadınların bilik və bacarıqlarını birləşdirərək onların bazara çıxışını gücləndirir, ailə gəlirlərini artırır və kənd icmalarında yeni iqtisadi münasibətlər formalaşdırır. Ağalıda yaradılan bu kooperativ Şərqi Zəngəzur üçün yeni inkişaf modelinin başlanğıcıdır."
Bildirilib ki, "Çiçək" İstehsal-İstehlak Qadın Kooperativi Ağalı kəndində yaşayan beş gənc qadının təsisçilik təşəbbüsü ilə yaradılıb və hazırda 25 qadını öz ətrafında birləşdirir.
Kooperativin fəaliyyət istiqamətlərinə meyvə və tərəvəz məhsullarının emalı, meyvələrin qurudulması, ev şəraitində qənnadı məhsullarının hazırlanması, kənd turizmi xidmətləri, ev yeməklərinin hazırlanması, cücələrin yetişdirilməsi və bağ məhsullarının istehsalı daxildir.
Kooperativin sədri Çiçək Gəraylı bildirib ki, məqsəd yalnız məhsul istehsal etmək deyil, Ağalı brendini formalaşdırmaq, yerli məhsulları yeni bazarlara çıxarmaq və qadınların iqtisadi müstəqilliyini gücləndirməkdir.
Tədbir iştirakçıları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Ticarət və Təchizat ASC tərəfindən icra olunan “Aqrar Fəaliyyətli Azərbaycan Qadını” – AFAQ Layihəsinin təqdimatı ilə də tanış olublar. Təqdimat AFAQ Layihəsinin Koordinatoru Əli Orucov tərəfindən həyata keçirilib. Təqdimatçı bildirib ki, Layihə fəaliyyətinin genişləndirilərək Şərqi Zəngəzuru da əhatə etməsi nəzərdə tutulur.
Şərqi Zəngəzurda ilk qadın kooperativinin yaradılması dövlətin işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı məskunlaşmanın təşviqi və qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə vətəndaş cəmiyyətinin verdiyi mühüm töhfələrdən biri kimi qiymətləndirilir.
Azərbaycan Kənd Qadınları Assosiasiyası bu təşəbbüsü gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məntəqələrində də davam etdirməyi, qadın kooperativlərinin regional şəbəkəsini formalaşdırmağı hədəfləyir.
"Uzun yollar ilk addım
Digər Xəbərlər
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00


Bakı -°C

