Səsli-küylü 3 qətl: Tramp 36-cı prezidentin dövründəki qətlləri niyə gündəmə gətirir?

ABŞ Prezidenti Donald Tramp növbəti fərmanı ilə bu dəfə amerikalıları mat vəziyyətinə salıb.
Adalet.az xəbər verir ki, Tramp 1963-cü il, noyabrın 22-də qətl edilən 35-ci prezident Con Kennedinin və onun 2968-ci ilin iyununda güllələnən qardaşı, senator ABŞ-ın 64-cü baş prokuroru Robert Kennedinin eyni zamanda 1968-ci ilin aprelində öldürülən ABŞ-da qaradərililərin hüquqlarının müdafiəsi hərəkatının lideri Martin Lüter Kinqinlə bağlı sənədlərin məxfilikdən çıxarılması haqqında fərman imzalayıb.
Məlumat Ağ Evin saytında yer alıb.
Tramp bildirib ki, bu qətllərlə bağlı bütün sənədləri, nəhayət, gecikmədən dərc etmək milli maraqlara uyğundur”
Fərmanda qeyd edilir ki, Milli Kəşfiyyat direktoru və baş prokuror 15 gün müddətində prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və prezidentin müşaviri ilə razılaşdırmaqla, Kennedinin cinayət işinin araşdırılmasına dair sənədlərin açıqlanması planını Trampa təqdim etməlidir.
Xatırladırıq ki, ABŞ-ın 36-cı prezidenti (1963-1969) Lindon Beyns Conson 1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.
Əntiqə Rəşid
Digər Xəbərlər

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA

"Sülh Sazişinin imzalanma tarixi və yeri barədə danışıqlara başlamağa hazırıq" - Ermənistan XİN

Çavuşoğlu: Vaxtında Türkiyənin addımları dəstəklənsəydi, Ukraynada atəşkəs əldə edilərdi

Rusiya Sudjanı tamamilə azad etdi - VİDEO

Peskovdan "muştuluq" xəbər: "Kurskun azad olmasının son mərhələsidir"

"ABŞ İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır"

Ərdoğan Rusiya və Ukrayna arasındakı sülhdən danışdı
