12 Avqust 2025 10:12
104
ELM VƏ TƏHSİL

Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı - VİDEO

Ucarda körpələr evi-uşaq bağçasının fəaliyyəti məhdudlaşdırılıb.

Adalet.az  "Xəzər TV"yə istinadən xəbvər verir ki, buna səbəb bu təhsil müəssisəsinin müdiri Emin Orucovun aşkar şəkildə orada tərbiyəçi-müəllim işləyən Şəbnəm İsayevanı saxtakarlığa təhrik etməsi ilə bağlı səs yazısının yayılmasıdır.

Məsələyə müvafiq orqanlar tərəfindən dərhal reaksiya verilib. Fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri, həmçinin rayonun Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

Məsələnin ən narahatedici tərəfi isə Yuxarı Şilyan kəndində yeganə olan körpələr evi-uşaq bağçasının fəaliyyətinin tam məhdudlaşdırılmasıdır. Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.

Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandrırılmasını düzgün hesab etmirlər.