12 Avqust 2025 15:28
77
ELM VƏ TƏHSİL

MİQ-də vakansiya seçiminin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Adalet.az 
 xəbər verir ki, vakansiya seçimi mərhələsinin nəticələri müsabiqədə iştirak edən namizədlərin şəxsi kabinetinə göndərilib.

Xatırladaq ki, MİQ-in test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakansiya seçiminə buraxılmışdılar.