Sevgilisini qətlə yetirən şəxs Ukraynaya qarşı döyüşdüyü üçün həbsdən azad edildi - FOTOLAR

Dəhşətli hadisə Rusiyada baş verib.
Adalet.az xəbər verir ki, 27 yaşlı sevgilisinin meyitini ət maşınına ataraq hissələrə ayıran rus qatil, Ukraynaya qarşı savaşda göstərdiyi xidmətlərə görə prezident Vladimir Putin tərəfindən əfv edilərək azadlığa çıxıb.
41 yaşlı Dimitri Zelensky universitet məzunu Tatiana Melekinayı öncə boğaraq öldürüb, daha sonra isə hissələrə ayırıb. Bu azmış kimi o meyitin ətini sümükdən ayırıb.
Dəhşətli hadisəyə görə 11 il azadlıqdan məhrum edilən Dmitri Zelensky Ukraynada döyüşlərdə iştirak etdiyi üçün həbsdən azad edilib. Bu qərar isə ölkədə birmənalı qarşılanmayıb. İnsanlar Ukraynada döyüşüb deyə hansısa qatilin həbsdən azad edilməsinin düzgün olmadığını bildiriblər.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
