Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfər edəcək.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin məlumat verib.
“Fransa Prezidenti Emmanuel Makron, Serbiya dövlət başçısı Aleksandr Vuçiç, Macarıstan Prezidenti Tamaş Şuyok və Baş Nazir Viktor Orbanın dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 5-dən 10-dək adı çəkilən üç ölkəyə dövlət səfəri edəcək”, - o vurğulayıb.
Çin XİN-in rəsmi nümayəndəsi səfərlərin təfərrüatları barədə məlumat verməyib.
Digər Xəbərlər
15 May 2024 21:00
Ərdoğan Ukrayna Ali Radasının sədri ilə görüşdü
15 May 2024 20:45Məhkəmə İmran Xanla bağlı qərar verdi: Həbsxanadan çıxmayacaq
15 May 2024 20:01Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb
15 May 2024 19:49Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü - VİDEO
15 May 2024 17:44