Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verdi.
Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər

İlham Əliyev Qordana Silyanovska-Davkovanı belə qarşıladı - VİDEO

Cinayətlərə haqq qazandıran cəhdləri qınayırıq - BƏYANAT

Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTOLAR

Prezidentdən Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlı FƏRMAN

"Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır" - Şimali Makedoniya Prezidenti

"Dövlət qurumları sıx təmasda olmalıdırlar" - Prezident

"Avropa Azərbaycan qazına ehtiyac duyur" - İlham Əliyev
