26 Fevral 2024 13:31
1044
İDMAN

ŞİMŞƏKƏ «QIRMIZI KART»ın ÇIXARILMASI VAXTI ÇATMAYIB EY, HƏLƏ KEÇİB 

«Qəbələ» ilə «Kəpəz»in oyununda hakim göz görəsi «Qəbələ»nin haqlı penaltisini vermədi, hətta  futbolçular hakimdən xahiş etdi  VARa müraciət etsin, yekə-yekə bildirdi ki, eləmirəm. 

Belə də hakimlik olarmı? Hakim cəhənnəm, bəs VARda oturanlar orda burunlarını  təmizləyirdilər? 

Belə haqsızlıqlar son zamanlar  ən çox «Zirə»nin başına gəlir. 

Hakimlər Komitəsinin sədri Şimşəkdi, idırımdı nədi nə işlə  məşğuldu? O, bu haqsızlıqlara  göz yumursa, deməli,  bu haqsızlıqlarda onun da əli var.  

Bir gün ya azarkeşlər, ya da Rəşad Sadıqov VAR hakimlərini çırpacaq.

Ağdamın Ağdam vaxtı belə haqsız hakimləri Allahverdi Bağırov  çox qəşəng çırpırdı.