"Siyasətdə "təsadüflər" elə belə baş vermir" Rüstəm Hacıyev

RÜSTƏM HACIYEV
749 | 2024-05-20 12:22

Amerikalı politoloq, ABŞ ordusunun istefada olan podpolkovniki Erl Rasnussen mətbuata açıqlamasında bildirib ki,  İran prezidenti İbrahim Rəisinin helekopter qəzasında həlak olması, Slovakiyanın baş naziri Robert Fisoya sui-qəsd olunmasından, Serbiya prezidenti Aleksandr Vuçiçin ölümlə təhdid edilməsindən və Türkiyədə dövlət çevrilişinə cəhddən sonra baş verdi. O, qeyd edib ki, faciənin baş verməsinin bir çox səbəbləri ola bilər, xarici xüsusi xidmət orqanlarının müdaxiləsi və s.

Politoloq bildirib ki, "kim bilir ABŞ-ın və yaxud İsrailin bu qəzaya müdaxiləsi varmı, ya yox. Bu barədə danışmaq hələ tezdir".

 Rasmussen qeyd edib ki, bir nömrəli dövlət başçılarına qarşı baş verən hadisələr, həmçinin Səudiyyə Ərabistanında yaşanan problemlər ard-arda bir ayın içərisində baş verib. Politoloqun fikirincə, xarici siyasətdə  "elə belə təsadüflər" az hallarda baş verə bilər.

"Siz, Almaniyanın kansleri,  və yaxud Fransanın prezidentinə qarşı oxşar hadisələrin baş verməsinin şahidi olmusunuzmu?... Amma vəziyyət elə gətirib ki, baş verən hadisələr məhz bir sıra güclərlə problemləri olan ölkələrdə baş verir"- deyə politoloq bildirib. 

Təbii ki, həmişə olduğu kimi, ictimayyət xarici müdaxilənin olub-olmadığını heç vaxt bilməyəcək, lakin mövcud vəziyyət məhz xarici müdaxiləyə işarə edir.

Əslində baş verən son  hadisələrə ayrı-ayrılıqda baxmaq lazımdır. Əgər həqiqətən Türkiyədə dövlət çevrilişi baş versəydi, kim qazana bilərdi? Əgər Fiso həqiqətən ölsəydi kim qazanacaqdı? Bəs İranın prezidenti və digər yüksək vəzifəli şəxslər, o cümlədən Yaxın Şərqdə böyük nüfuza malik xarici işlər nazirinin baş verən qəzada həlak olmalarından kimlər qazanacaq? 

Göründüyü kimi müəmmalar çoxdur. Yəqin ki, İranın xüsusi xidmət orqanları hadisənin baş vermə səbəblərini ciddi araşdıracaq. İranın Ali Dini rəhbəri Əli Xomenei artıq faciənin baş vermə səbəblərinin araşdırılması üçün aidiyyəti qurumlara göstəriş verib. 

İran prezidentinin də içərisində olduğu kortecdə üç helekopter olub. Digər iki helekopterdə İranın enerji naziri Əli Əkbər Mehribani və yollar naziri Mehridad Bazroaş olublar. Həmin helekopterlər eyni marşurutla müvəffəqiyyətlə mənzil başına çatıblar. 

Uçuş marşurutunda hava şəraiti qəbatbəxş olmayıb, qatı dumanlı hava şəraiti olub. Niyə hava şəraitinin uçuş üçün əlverişsiz, təhlükəli olduğu  barədə ölkə başçını aparan ekipaj üzvülərinə məlumat verilməyib? İran üçün xarici təhdidlərin artığı gərgin bir vaxtda birinci bortun mühavizəsi lazımi qaydada təşkil olunmayıb? 

Cavabsız, (əslində cavabı hamıya məlum olan) suallar çoxdur. 

Qeyd edək ki, insident, beynəlxalq münasibətlərin yumşalmasına doğru aparılan delikant  danışıqlar ərəfəsində baş verib. Bir neçə gün əvvəl İranın və Birləşmiş Ştatların rəsmi nümayəndələri, vasitəçilər vasitəsiylə Yaxın Şərqdə münaqişələrin geniş miqyas alması təhlükəsini azaltmaq məqsədiylə danışıqlar aparmışdı. 

Bütün bunlar İranda vəziyyəti qarışdırmağa yönələ bilərmi? Təbii ki, prezidentin müəmmalı şəkildə həlak olması  ilə sistemin çökməsinə çalışan xarici qüvvələrin cəhdləri heç bir fayda verə bilməz. Çünki, İran İslam Respublikasında  əsas siyasi sima- Ali Dini rəhbər Əli Xomeneidir. Bu ölkənin qanunlarında prezident Ali Dini rəhbərdən sonra ikinci adam sayılır. Yəni, istənilən halda vəziyyət Ali Dini Lider və İran islam inqilabi keşikçiləri Korpusunun nəzarətində olacaq.

Allah qəzada həlak olan İranın dövlət xadimlərinə rəhmət eləsin, İran xalqlna səbr versin...

 

 
 

TƏQVİM / ARXİV