Müharibə hələ davam edəcək... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
126 | 2025-09-05 11:58

Gözlədyimiz kimi, Fransa prezidenti Emmanuel Makronun dünən "Avtopa Ukraynanın təhlükədizliyinə təminat verəcək" bəyənatı boş kağız parçasından başqa bir şey deyilmiş. 

"Bild" mətbu orqanının məlumatına görə, Avropa liderləri ilə, ABŞ prezidenti Donald Tramp arasında baş tutan video konfrans, bir liderlərin bir birlərinə qaşı qarşılıqlı ittihamlar və narazılıqlarla müşayət olunub.

 Mətbu orqanı mənbələrinə əsasən bidirir ki, ABŞ prezidenti Donsld Tramp Avropanı Rusiya neftini almaqda ittiham edib. Reuters isə qeyd edir ki, Avropa komissiyasının sədri Urduls fon der Lyayen məsələni yumşaltmaq məqsıdiylə bildirib ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya neftinin Avropaya idxalı xeyli azalıb. Avrokomissar əlavə edib ki, Yalnız Macarlstan vı Slovakiya Rusiyadan neft slmaqda davam edirlər.

 Donald Trampın xüsusi elçisi Stiv Uitkoff bildirib ki, digər Avropa ölkələri də Hindistanın emal etdiyi rus neftini alırlar.  Hansı ki, ABŞ Hindistanda emsl olunan rusiya neftinə əlavə olaraq 25 faiz rüsum tədbiq edib.

 Avropa "ağsaqqalı" roluna iddia edən Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Ukrayna münaqişəsində sülh razılaşması əldə olunmayacağı halda, avropa dövlətləri ABŞ-la birlikdə Rusiyaya qarşı ciddi sanksiyalar tədbiq edəcək və bunun üçün 48 saat ərzində nümayındələrdən ibarət birgə  işçi qrupu yaradılacaq.

 Bıld mətbu orqanı isə yazır ki, Avropa amerikan liderinin bu sanksiyalara qoşulacağına inanmır. Yəni Makronu yalnış məlumat verməkdə günahlandırır.

 Bu arada Ukrayna prezidenti Volofimir Zelenski, ABŞ prezidenti Donsld Trampla telefon danışığı aparıb. Zelenski ABŞ-dan "Ukrayna səmalarınln qorunmasının yeni formstına"  baxılmasını xahiş edib. 

 Hikkəsi soyumaq bilməyən Rusiya tərəfi isə, XİN rəhbəri Sergey Lavrovun simasında "bizə tıyiziq göstərmək mənasızdır. Bizimlə qarşılıqlı maraülar çərçivəsundə danışıqlar aparmaq olar"- deyə bəyan edib. Daha əvvəl isə, prezident Putin Rusiya ilə ticarət münasibətləri olan Hindistana qarşı sanksiyslarln tədbiq olunmasını qanuna zidd addım kimi qiymətləndirib.

 Rusiya liderinin düşüncəsinə görə, suveren dövlətlərin  ərazilərinə hücum edib işğal etmək "qanuna uyğundur" və işğslçı ölkənin neftini Avropaya satan Hindistana qarşı sanksiyslar tədbiq etmək "qanuna uyğunsuzluqdur" .(???).

 Beləliklə, Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə ümid edənlər, Ursula fon der Lyaynenin bəyan etdiyi tarixə-2030-cu ilədək gözləməli olacaqlar.

 

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV