Siyavuş Novruzov: Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki?
İpoteka kreditlərini güzəştli alanlar var.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, bənna, dərzi, bərbər, malyar və digərləri güzəştli ipotekadan məhrumdur: "Onlar niyə bundan məhrum olmalıdır? Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalar. Əfqanıstan müharibəsi veteranlar var, 8500 nəfər Əfqanıstanda döyüşüb. Sonra onlardan bir neçəsi Qarabağda da döyüşüb. Güzəştlərə Çenobıl, I və II Qarabağ müharibəsi iştirakçıları salınıb, amma Əfqanıstanda döyüşənlər bura daxil edilməyib. Əfqanıstanda döyüşənlərdən 3000-i ölüb. Onlar da Əfqanıstanda döyüşüb də, ora at sürməyə getməyiblər ki?! Digər məsələ veteran pulu ilə bağlıdır. Heç olmasa 20 manat artırın. Veteranlar arasında bəziləri adını yazdırıb, heç döyüşməyib. Amma həqiqətən əziyyət çəkənlər, döyüşənlər var. Bu vəsait artırılsa, yaxşı olar".
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

