SOLOVYOVUN BAŞINDAN BÖYÜK QƏLƏTİ

Çağırıb verilişinə separatçı rejimin xarici işlər tulasını və onu da «Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri» kimi təqdim edir.
Və ümumiyyətlə, elə bir verilişi olmaz ki, Azərbaycana söz atmasın. Banqladeşdən danışanda da söhbəti hərləyib-fırlayıb gətirir Azərbaycan-Ermənistan münasibətlərinə və təbii ki, bizi də haqsız çıxarır.
Rusiya Xarici İşlər Nazirliyi də ilana ağ verən bu kərtənkələni yerində oturtmaq istəmir. Ona görə ki, bu elə Rusiya Xarici İşlər Nazirliyinin siyasətidir və Rusiyanın öz siyasətidir.