Sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq
Müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflər bu həftə təqdim ediləcək.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əmək haqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də müsbət təsir edib:
"Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır".
Vüqar Bayramov nəzərə çatdırıb ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq.
"Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq",- deyə deputat vurğulayıb.
Nicat Novruzoğlu
Digər Xəbərlər
01 Noyabr 2025 14:00
“Zəngəzur açılması illik 35 milyon ton yükün daşınmasına imkan verə bilər”
01 Noyabr 2025 12:24
Neftimiz yenə ucuzlaşdı
31 Oktyabr 2025 15:37
Palata gələn ilin dövlət büdcəsinə rəyi parlamentə göndərdi
31 Oktyabr 2025 15:20
“AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
31 Oktyabr 2025 12:48
Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur - Yeni qanun
31 Oktyabr 2025 12:06
Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda müəyyən edilir
31 Oktyabr 2025 11:24
"Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
29 Oktyabr 2025 17:34


Bakı -°C

