04 Dekabr 2024 15:38
230
MƏDƏNİYYƏT

SOS:Qarabağdan oğurlanmış qədim sənət nümunələri "bərpa" adı ilə erməniləşdirilir

Erməniərin işğal zamanı Qarabağdan Azərbaycana məxsus qədim incəsənət nümunələrini oğuradığı heç kimə gizli deyil. Albanlara və  qədim türklərə məxsus bu nümunələr İrəvanda Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda saxlanılır.

Adalet.az xəbər verir ki, Ermənitandakı ABŞ səfirinin Mədəni Dəyərlərin Mühafizəsi Fondunun dəstəyi ilə Matenadaranda saxlanılan Dağlıq Qarabağda yaradılmış yazılı irsin bərpası və ictimailəşdirilməsinə yönəlmiş proqramın təqdimatı olub.
Tədbirdə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Quinn, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Erməni meiasının yazdığından məlum olur ki, layihə çərçivəsində XIII-XVIII əsrlərdə Qandzasar, Dadivank, eəcə də, Qndevank, Xadavank, Gtçavank və digər orta əsr monastırlarında yazılmış və təsvir edilmiş əlyazmalar və nadir arxiv sənədləri seçilərək “ erməni mədəni irsi”nə və “tarixi boşluqlara işıq salır”.

 

Səfir Kristina Quinn də iştirakçıları salamlayaraq qeyd etdi: “Bu üçillik proqram çərçivəsində zəngin tarixi və mədəni dəyərləri ilə tanınan Dağlıq Qarabağın qədim erməni monastırlarında XIII əsrə aid əlyazma yazılarının qorunmasına 74 min dollar ayrılır.

Bu, ABŞ səfirinin Mədəni Dəyərlərin Qorunması Fondunun 15-ci proqramıdır və biz bu proqram vasitəsilə Ermənistanın unikal mədəni irsinin qorunub saxlanmasını dəstəkləyirik. Yaxın vaxtlarda yeni proqramların icrasını gözləyirik”.

Xatırladaq ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal edilməsindən sonra Xudavəng monastır kompleksi dünyaya erməni abidəsi kimi təqdim olunub. Lakin buradakı kitabələrdə qeyd olunan Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz kimi adlar abidəni ucaldanların etnik mənsubiyyətinin — türklüyünün dəqiq göstəricilərindən biri sayılır. Qədim Alban sivilizasiyasının ən gözəl sübutlardan olan Dadivəng, yaxud Xutavəng kompleksi Arzu xatun kilsəsindən, Həsən kilsəsindən, Bazilika və 2 ibadətgahdan ibarətdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsini 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tikdirib. Azərbaycanın əzəli torpaqlarını - Qarabağı işğaldan azad etməsi ilə ermənilər də öz mənfur fəliyyətlərini həyata keçirdilər.

Belə ki, noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər buradakı evləri və meşəni yandırmaqla yanaşı, tarixi abidələrə də ziyan vurdular. Xudavəng monastrı da bu vandallığın qurbanıdır. Monastırın zəngləri, xaç daşları və digər qiymətli əşyaları sökülür və qeyri-qanuni olaraq Ermənistana aparılıb.
Qeyd edək ki, bu il Ermənistandakı ABŞ səfirliyinin Mədəni Dəyərlərin Qorunması üzrə fondu tərəfindən Ermənistandakı qədim abidələrin təmiri üçün 175.000 ABŞ dolları ayrılıb.

Əntiqə Rəşid