13 Fevral 2025 15:49
143
GÜNDƏM

Şovinist  Simonyanın rəhbəri olduğu "Sputnik Azərbaycan": Bağlansın, bağlanmasın?

"Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşri və "BBC News Azərbaycanca" nümayəndəliklərinin  bağlanması ilə bağlı xəbərlər yayılır.


Adalet.az xəbər verir ki, 2015-ci il mayın 25-də fəaliyyətə başlayan "Sputnik Azərbaycan" Rusiyanın  "Rossiya Segodnya" TV -sı və RT kanalı olmaqla bərabər , həm də onu  erməni əsilli Marqarita Simonyan idarə edib, yəni baş redaktor, bir şovinist ermənidir. Elə  hazırda da idarə edir.

Türkə düşmən Rusiya və erməni....Bu iki fakt yetir ki, bu nəşrin Azərbaycana xeyri haqqında bir kəlmə də danışmağa sözümüz olmur.

Hətta bir neçə il əvvəl, daha dəqiq, 2020-ci ildə "Sputnik Türkiyə" ilə bağlı qalmaqallı xəbərlər də yayıldı. Bəli, səbəb türkün əbədi düşməni olan Rusiya siyasəti və erməni buyruqçusunun əməli idi. "Sputnik Türkiyə" Türkiyə ofisinin rəhbəri Mahir Boztəpə həmin vaxt saxlanıldı və saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxıldı. Buna rəğmən, onun barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıldı.
Çünki, onun saxlanılmasına səbəb bu agentliyin yayımladığı “Oğurlanmış əyalət: Hatay niyə 80 il əvvəl Fransa tərəfindən Türkiyəyə verildi?” başlıqlı məqalə olmuşdu.
Məlumatda deyilirdi ki, bu vilayətin Suriyaya qaytarılmalı olduğunun iddia edildiyi sözügedən yazı dövlətin mənafelərinə zidd gəldiyi üçün saxlanılan M.Boztəpə ifadə verdikdən sonra sərbəst buraxıldı.
Xatırladırıq ki, "Sputnik Azərbaycan"ın fəaliyyətinə etiraz edən Hüriyyət.az bir neçə il belə bir xəbər paylaşmışdı:" Sputnik.az saytının baş redaktoru Əziz Əliyev barəsində müxtəlif informasiya saytlarında onun ermənilərə xidmət etməsindən bəhs olunan yazılar dərc olunur. Lakin, maraqlıdır ki, bu müddət ərzində müvafiq qurumlar bu insanla bağlı heç bir araşdırma aparmır və ölçü götürmürlər. Əksinə, “Sputnik Azərbaycan” öz fəaliyyətini günbəgün daha da genişləndirməkdədir...

Onu da qeyd edək ki, hazırda redaksiyası Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında yerləşən Sputnik.az saytı maddi cəhətdən kifayət qədər təmin olunub. Bu saytın əməkdaşları Azərbaycan standartlarına görə çox yüksək maaş alır, üstəlik ölkəmizdəki əksər media orqanlarından fərqli olaraq Sputnik.az-ın regional müxbirləri də fəaliyyət göstərir.

Bir sözlə, bu agentlik Azərbaycanda bütün sahələrdə öz işini qura bilib və çoxsaylı rəsmi və qeyri-rəsmi mənbələrdən məlumat əldə etmək imkanına malikdir. Ermənilərin isə Azərbaycandan istədikləri nədir: ölkəmizin müdafiə qabiliyyəti ilə bağlı informasiyalar toplamaq və “4-cü hakimiyyət” hesab olunan mətbuat vasitəsilə Azərbaycan haqqında lazımi məlumatlar və təhlil materialları əldə etmək.

Ən acınacaqlısı isə odur ki, “Sputnik Azərbaycan” Rusiyanın dövlət büdcəsindən maliyyələşdirildiyindən, ölkəmizdə istər bu agentliyin qanunsuz fəaliyyəti, istər də anası erməni olan baş redactor barəsində şok faktlar açıqlanmasına, ciddi ittihamlar irəli sürülməsinə rəğmən, heç bir rəsmi qurum bu məsələyə müdaxilə edib, “başını ağrıtmaq istəmir”. Bütün bubnların fonunda isə Əziz Əliyev Azərbaycanda sanki “toxunulmazlıq” statusuna sahibdir".

 Mənbələrdə o da deyilir ki, ümumilikdə 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş sovet respublikalarının əksəriyyətində şöbəsi açıb:" Bəzi iddialara görə sözügedən xəbər portalı hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” kürd dilində radio və sayt açmaqla, PKK terrorçuları ilə də daimi əlaqə saxlayır".

Əntiqə Rəşid