Şoyqu: İstanbul Moskva-Kiyev danışıqları üçün əsas platformaya çevrilir

İstanbul Rusiya və Ukrayna arasında danışıqlar üçün əsas meydançaya çevrilir.
Adalet.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə görüşündə bildirib.
"İstanbul meydançası Qara dəniz, Qara dəniz sazişi, taxıl sazişi ilə bağlı bütün istiqamətlər üzrə danışıqların, indi isə Rusiya-Ukrayna danışıqlarının aparılması üçün əsas meydançaya çevrilir", - Şoyqu bildirib.
Onun sözlərinə görə, Ankara nümayəndə heyətlərinin işi üçün optimal şərait yaratmaq məqsədilə təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla, böyük səylər göstərib.
Digər Xəbərlər

Hakan Fidan Ukraynanın müdafiə naziri ilə müzakirə APARDI

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Fahreddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Bu ölkədə meymunçiçəyi virusuna görə tədbirlər görülür

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
