Nazir Kennedi tibb jurnallarına "savaş" açır: "Korrupsionerlər!"

Kiçik Robert Kennedi hələ ötəl il ABŞ prezidenti D.Tramp tərəfindən ABŞ-ın səhiyyə və sosial xidmətləri naziri vəzifəsinə namizədliyi irəli sürülərkən deyirdi ki, səhiyyə və sosial xidmətlər departamentində korrupsiyanın kökünü kəsməyə çalışacam:“Xroniki xəstəlik epidemiyasına son qoymaq üçün unikal imkanımız var. Biz birlikdə korrupsiyanın kökünü kəsəcəyik”.
Trampın and içmə mərasimindən sonra ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri olan Robert F.Kennedi Cenevrədə keçirilən illik Ümumdünya Səhiyyə Assambleyasında nümayiş etdirilən videoçarxda Ümumdünya Səhiyyə Təşkilatını şişmiş və “ölməkdə olan” adlandırdı.
Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzaladı.
Adalet.az xəbər verir ki, Robert Kennedi ABŞ-ın öz alimlərinin əsas tibb jurnallarında çapını qadağan edə biləcəyini açıqlayıb: "Lancetdə, New England Journal of Medicine, JAMA və bütün digər jurnallarda, hamısı korrupsionerdir".
Məlumatı The Guardian.com saytı yayıb.
O, həmçinin bildirib ki, bu jurnalların hamısı dərman şirkətlərinin nəzarətindədir. Alternativ olaraq o, ABŞ Səhiyyə Departamentinin himayəsi altında yeni jurnalların yaradılmasını təklif edir və onların nüfuzlu dövri nəşrlər olacağını vəd edir.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Böyük Qayıdış"da sağlam addımlar: Səhiyyə Nazirliyinin mobil Klinikaları Suqovuşanda - FOTOLAR

TƏBİB imtiyazlı xəstələri niyə aldadır?!

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı?- Psixoloqdan açıqlama

Yeməkdən dərhal sonra duş qəbul etməyin!

31 maya qədər maqnit qasırğası var: Həkim, necə qorunum?

Qarında köp olduqda, imtina edilməli olan qidalar açıqlandı

Özümüzlə sağlam münasibət qurmağın ən vacib elementləri hansılardır?
