"Sputnik Azərbaycan" rəhbərliyi ilə bağlı qərar dəyişmədi
Məhkəmə "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu həbsdə saxlayıb.
Adalet.az xəbər verir ki, bu gün məhkəmədə İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətlərinə baxıb. Vəkillərin apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı qüvvədə qalıb.
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə İqor Kartavıx və Yevgeni Belousov dörd ay müddətinə həbs olunublar.
Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.
Digər Xəbərlər
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar - 14 ilədək həbs
24 Aprel 2026 09:58
Dövlət Xidmətinin iki şöbə rəisi həbs olundu
23 Aprel 2026 21:20
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi - YENİLƏNİB
23 Aprel 2026 12:51
“Azərbaycanda mediasiya xidmətini üstünlükləri”
22 Aprel 2026 10:25
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:15
Ailəsini qətlə yetirən Əhməd saxlanıldığı tibb müəssisəsindən buraxılıb? - RƏSMİ
16 Aprel 2026 09:55


Bakı -°C

