“Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxıldı

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya yola salınıb.
Adalet.az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbədən bildiriblər.
Qeyd edilib ki, İqor Kartavıxın qarşılığında isə Rusiya tərəfi Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.
Qeyd edək ki, Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində iyun ayında polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Onlar Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunmuşdular.
Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurdular.
Digər Xəbərlər

“Zəngilanın Azərbaycanın sayrışan ulduzlarından birinə çevrilməsi üçün...”

Bakıda baş verən qəzaların yarıdan çoxu piyadavurmadır - RƏSMİ

İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

DİN əhaliyə çağırış etdi

Zəfər paradında hansı silahlarımız nümayiş olunacaq? – Hərbi ekspert açıqladı

Ombudsman "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib

Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimdən - FOTOLAR
